Paşinyan Ərdoğanı İrəvana dəvət etdi

Paşinyan Ərdoğanı İrəvana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvana səfərə dəvət edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Paşinyan İstanbulun erməni icmasının nümayəndələri ilə görüşdə danışıb. 

“Türkiyə prezidentini gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştiraka dəvət etmək niyyətindəyəm. Tarix hələ dəqiqləşdirilir. Ümid edirəm ki, Türkiyə lideri ilə növbəti görüş artıq İrəvanda olacaq”, - deyə Paşinyan qeyd edib. 

Xatırladaq ki, N.Paşinyan iyunun 20-də Türkiyəyə ilk işgüzar səfərini həyata keçirib. O, səfər çərçivəsində İstanbulda Ərdoğanla danışıqlar aparıb.

"Cebheinfo.az"