Jurnalist Ağaddin Babayev dəfn olunub - YENİLƏNİB

Tanınmış jurnalist Ağaddin Babayev dəfn olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 69 yaşında dünyasını dəyişən Ağaddin Babayev bu gün Lənkəran rayonunun Şağlaser kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
09.07
Tanınmış jurnalist Ağaddin Babayev vəfat edib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, o, doğulub boya-başa çatdığı Lənkəran rayounu Şağlaser kəndində 69 yaşında dünyasını dəyişib.
Ağaddin Babayev bu gün kənd qəbiristanlığında dəfn olunacaq.
1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub.
Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü idi.
Qeyd edək ki, Ağaddin Babayev bir müddət APA-nın cənub bölgəsi üzrə müxbiri olub.
Allah rəhmət eləsin.
"Cebheinfo.az"