Anar Cəbrayıllıya yeni vəzifə verildi

Anar Cəbrayıllıya yeni vəzifə verildi

Tanınmış jurnalist Anar Cəbrayıllıya yeni vəzifə verilib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Elnur Niftəliyev paylaşım edib. A.Cəbrayıllı İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə rəis təyin olunub. 

O bu vəzifədə Namiq Mayılovu əvəz edib. N.Mayılov isə “Report” informasiya agentliyinə baş redaktor təyin olunub. Qeyd edək ki, A.Cəbrayıllı daha əvvəl “Azərsu” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb.

"Cebheinfo.az"