Ən çox izlənilən meyxanaçıların SİYAHISI

Cəmiyyətimizdə meyxanaya münasibət birmənalı deyil.
Belə ki, meyxananı sevən, onu dinləyən çox sayda insan var. Eyni zamanda, meyxananı birmənalı qəbul etməyən, hətta ona nifrət edənlərin olduğunu da söyləmək lazımdır.
Lakin buna baxmayaraq, bu sahənin populyarlığı illərdir artmağa davam edir. Xüsusilə son illərdə meyxana dinləyicilərinin sayında artım müşahidə olunur. Bu, özünü sosial şəbəkələrdə də açıq şəkildə göstərir.
Məhz bunun nəticəsidir ki, əvvəllər sosial şəbəkə istifadə etməyən meyxanaçılar belə artıq bu platformalara üz tutublar. Üstəlik, onların hər birinin böyük izləyici kontingenti də var. Bəzi meyxanaçıları izləyənlərin sayı yüzminlərlə ölçülür.
Belə olan halda sual ortaya çıxır: Azərbaycanda “Instagram”-da ən çox izləyicisi olan meyxanaçılar kimlərdir?
“Cebheinfo.az” ən məşhur 10 meyxanaçının “Instagram” izləyicilərinin sayını təqdim edir:
1. Pərviz Bülbülə - 1,1 milyon izləyici
2. Aqşin Fateh - 556 min izləyici
3. Vasif Əzimov - 519 min izləyici
4. Rüfət Nasosnu - 255 min izləyici
5. Balaəli Maştağalı - 230 min izləyici
6. Orxan Lökbatanlı - 214 min izləyici
7. Rəşad Dağlı - 173 min izləyici
8. Ruslan Müşfiqabadlı - 116 min izləyici
9. Ağamirzə Məmmədov - 96 min 600 izləyici
10. Mehman Əhmədli - 85 min 100 izləyici.
Elmir Mustafa
“Cebheinfo.az”