Xameneyi SEPAH-a yeni Baş komandan təyin edib

İranın ali rəhbəri Seyid Əli Xameneyi Məhəmməd Pakpuru İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) Baş komandanı təyin edib.
Əbdulrəhim Musəvi isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə gətirilib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrailin İrana zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami həlak olub. Bunun ardınca Xamenei həmin vəzifələrə müvəqqəti rəhbərlər təyin etmişdi.
"Cebheinfo.az"