İran Prezidenti xalqa müraciət edib - YENİLƏNİB

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
“Bütün beynəlxalq öhdəliklərə zidd olan bu hücum İsrailin cinayətkar təbiətini təsdiqləyir. Əlbəttə, İran xalqı və ölkə rəhbərliyi bu cinayətə qarşı susacaq deyil və İranın qanuni və güclü cavabı düşməni axmaq hərəkətinə peşman edəcək”, - deyə İran Prezidenti əlavə edib.
13:23
İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə o özü "X" sosial şəbəkəsində yazıb.
O, həmçinin bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin İrana zərbələri ilə əlaqədar hökumətin fövqəladə iclası keçirilib.
"Cebheinfo.az"