Mehrabad hava limanında da uçuşlar dayandırıldı

Mehrabad hava limanında da uçuşlar dayandırıldı

İranın Mehrabad Beynəlxalq Aeroportunda uçuşlar dayandırılıb.

"Report" "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə hava limanının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, hava limanında uçuşların dayandırılması rejimi şənbə günü gecə saat 1:30-a qədər uzadılıb.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olub. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

"Cebheinfo.az"