Zaqatalada avtomobilin vurduğu piyada ölüb

Zaqatalada avtomobilin vurduğu piyada ölüb

Zaqatala rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax – Zaqatala – Gürcüstan magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, piyada 36 yaşlı Zürab Nuriyev yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətlıri alan Z. Nuriyev hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"