Ozan Güvənin həbs cəzası bəlli oldu - FOTOLAR

Keçmiş sevgilisi Dəniz Bulutsuzu döydüyü iddia edilən türkiyəli məşhur aktyor Ozan Güvənin mühakimə olunduğu iş üzrə ötən gün hökm çıxarılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəniz Bulutsuz və Ozan Güvənin bir-birindən şikayət etdiyi cinayət işi üzrə məhkəmə iclasında tərəflərin vəkilləri iştirak ediblər.
Məhkəmə hökmünü elan edib. Ozan Güvən 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Deniz Bulutsuz “yüngül yaralama” cinayətindən bəraət alıb.
Rəydə Güvənin “qəsdən xəsarət yetirmə” və “azadlığından məhrum etmə” cinayətlərinə görə 3 il 6 aydan 11 il 6 aya qədər azadlıqdan məhrum edilməsi, təhqir cinayətindən isə bəraət alması istənilib. Bulutsuzun “yüngül yaralama” cinayətinə görə 4 aydan 1 ilə qədər həbsə məhkum edilməsi istənilib.
Qeyd edək ki, 2020-ci ilin iyul ayında Deniz Bulutsuzun aktyor sevgilisi tərəfindən şiddətə məruz qaldığı iddia olunmuşdu. Qadın həmin görüntüləri mediada yayıb. Daha sonra O. Güven qarşı tərəfi ittiham edərək, əslində onun şiddətə məruz qaldığını bildirib.
"Cebheinfo.az"