Vaqif Gərayzadənin qızının toyundan görüntülər - VİDEO

Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin qızının toyu olub.
"Cebheinfo.az" axşam.az-a istinadən xəbər verir ki, bəstəkarın qızı Banuçiçək Mehrac adlı bəylə ailə qurub.
Bakıdakı restoranlardan birində keçirilən toya sənət adamları da dəvət olunub. Gecədə şou-biznesin tanınmış simaları mahnılar səsləndirib. Onlar arasında Xalq artistləri Aygün Kazımova, Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Xəyyam Nisanov, Abbas Bağırov və başqaları yer alıblar.
Məclisdən görüntüləri təqdim edirik:
"Cebheinfo.az"