Övladları məzun olan MƏŞHURLAR – FOTOLAR

Bu gün ölkənin bütün orta məktəblərində “Son zəng” çalınır.
2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur.
Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır. Bu il həmçinin 158 539 nəfər IX sinfi, 134 600 nəfər isə birinci sinfi bitirir.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 704 065 nəfər təşkil edib.
Bildirək ki, builki tədris ilində məzun olanlar arasında bir sıra tanınmış şəxslərin övladları da var.
Onlardan biri kimi "Cümhuriyət" qəzetinin və "Cebhe.info" Xəbər Portalının redaktoru Elnarə Kərimovanın oğlu Ərkin Zamani də bu il məzun olanlar arasındadır. O, Bakıdakı M.Müşfiq adına 18 saylı məktəbin 11-ci sinfini bitirir.
Övladı məzun olanlar sırasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı da var.
O, məzun olan qızı ilə bağlı bunları bildirib:
"Ortancıl övladım Gülcan və həmyaşıdları üçün Bakı Türk Liseyində “Son zəng” səsləndi. Hələ 11-ci sinifin ilk aylarında Türkiye Yurt Dışından Öğrenci Kabul Sınavında (TR-YÖS) təxminən 10 min nəfər arasında 1-ci olmuşdu və inşallah arzuladığı kimi xalqımıza, dövlətimizə layiqli kadr, həkim olacağına da inamımız sonsuzdur. Ali məktəbə qəbul xəbərini səbirsizliklə gözləyirik. Yolun açıq olsun, qızım".
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin də övladı məzun olanlar sırasındadır.
O da qızı ilə bağlı öz fikirlərini paylaşıb:
"Bu gün qızım Leylanın orta məktəbdə “Son zəng”idi. 11 il əvvəl 1-ci sinifə gedəndə xeyli müddət siniflərinin pəncərəsinin qarşısından əl çəkmirdim. Qorxurdum ki, birdən darıxar ağlıyar balam. İllər elə tez keçdiki. Anamın adını yaşadan ağıllı qızım. Allah hər anında, hər addımında yanında olsun. Ana əvəzim mənim. Həyatın daima sağlam, uğurlu və bol şanslı olsun".
Tanınmış jurnalist Samir Mustafayevin də övladı üçün də bu gün “Son zəng” çalınır.
Atası övladı ilə bağlı bu fikirləri paylaşıb:
"İlk zəngdən “Son zəng”ə uzanan yol... 11 il sürətlə ötdü. Yeganə qızımız tələbəlik həyatının bir addımlığında. Övladları məzun və tələbə olmağa hazırlaşan bütün dostları, həmkarları təbrik edirəm".
Nigar Abdullayeva
"Cebheinfo.az"