Ötən gün itkin düşən 16 nəfər tapılıb

Ötən gün itkin düşən 16 nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
"Cebheinfo.az"