Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neftin qiyməti artıb.
"APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 7.02% artaraq 1 barelə görə 74,23 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 7.26% artaraq 72,98 ABŞ dollarına bərabər olub.
"Cebheinfo.az"