Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 4,19 ABŞ dolları və ya 5,7% artaraq 77,64 ABŞ dollarına bərabər olub.
Azərbaycan neftinin əvvəlki qiyməti 73,45 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
"Cebheinfo.az"