Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılır

Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılır

İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Cebheinfo.az" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Agentlik yolun bağlanmayacağını qeyd edir.

AAYDA səfərləri əvvəlcədən planlamağı və təmir aparılan ərazidə tətbiq olunacaq müvəqqəti hərəkət dəyişikliklərini nəzərə almağı tövsiyə edir.

"Cebheinfo.az"