34 il sonra Şuşada “Son zəng” çalınıb - FOTOLAR

34 il sonra Şuşada “Son zəng” çalınıb - FOTOLAR

Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Şuşa şəhəri üzə xüsusi nümayəndə Aydın Kərimov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri, Azərbaycan Respublikası Təhsil İnstitutunun vəzifə səlahiyyətlərini icra edən Elnur Əliyev, Qarabağ Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, Şuşa şəhər Qoruq İdarəsinin icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. 

Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib.

Ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.

Məktəblilərin ifasında ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib. 

Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib.

Xatırladaq ki, Şuşa şəhərində sonuncu dəfə 1991-ci ildə son zəng günü qeyd edilib. 2024-2025-ci tədris ilində Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 200-ə yaxın şagird təhsil alıb və onlardan 8 nəfəri məzundur.

Nigar
"Cebheinfo.az"