Nazir məzunları təbrik etdi - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev "Son zəng" münasibətilə məzunları təbrik edib.
"Cebheinfo.az"-ın məlumatına görə, Emin Əmrullayev özünün "X" hesabında məzunları təbrik edib.
Təbrikdə deyilir:
"Əziz məzunlar! Bu gün sizin həyatınızda yeni bir mərhələnin başlanğıcıdır – xatirələrlə dolu məktəb illərinə vida edərək məsuliyyətli və arzularla zəngin bir yola qədəm qoyursunuz.
“Son zəng” münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlar, qazandığınız dəyərlər sizi uğur zirvələrinə aparacaq".
Nigar
"Cebheinfo.az"