Ötən gün bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

İyunun 13-də bir sıra şəxslərin bank hesablarından 1400, 756, 750, 700, 490, 399, 392, 300, 200, 200, 135, 76, 73, 64, 50, 38, 30, 15 AZN və 159 ABŞ dolları məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Vətəndaşlar bilməlidir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər.
Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin.
Bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər", - məlumatda qeyd edilib.
"Cebheinfo.az"