Eşqi Bağırov: “70 minə yaxın namizəd MİQ imtahanı verəcək”

2024-cü il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı qeydiyyat prosesi artıq yekunlaşıb.
Bu il rekord sayda – 70 minə yaxın namizəd sistemə müraciət edib.
“Cebheinfo.az” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, bu göstərici müəllim peşəsinə olan marağın və cəmiyyət arasında bu sahənin nüfuzunun artmasının bariz ifadəsidir:
“İmtahanın test mərhələsinin iyulun ilk 15 günlüyündə təşkili nəzərdə tutulur. Dəqiq tarixlər və təşkilati məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.
Nigar
"Cebheinfo.az"