Əli Xameneyi İsrailin hədəfində - ŞOK DETALLAR

Əli Xameneyi İsrailin hədəfində - ŞOK DETALLAR

İsrail ABŞ-la danışıqlarda iştirak edən İranın bütün nümayəndələrini zərərsizləşdirib.

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ-ın Prezidenti Donald Tramp “CNN”-in jurnalisti Dana Başa müsahibəsində bildirib.

Onun sözlərinə görə, nüvə sazişi üzrə iranlı müzakirəçilər İsrailin hərbi əməliyyatı nəticəsində öldürülüb.

Qeyd edək ki, ABŞ Prezidentinin bu açıqlaması İranın nüvə proqramına dair danışıqlar variantının İsrail üçün bütün hallarda qəbuledilməz olduğunu göstərir.

Yəni istər Co Baydenin, istərsə də Donald Trampın prezidentiliyi dövründə İranın nüvə proqramının danışıqlar yolu ilə həllinin əleyhinə olan İsrail hökuməti prosesi pozmaq üçün rəsmi Tehranı təmsil edən nümayəndələri məhv edib.

Bu siyahıda sağ qalan yeganə şəxs İranın xarici işlər naziri Abbas Əraqçidir. İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti arasında fikir ayrılığı da məhz Donlad Trampın Omanın paytaxtı Muskatda İranla danışıqların keçirlməsi ilə bağlı olub.

İyunun 15-də ABŞ-İran müzakirələrinin 6-cı raundu keçirilməli idi. Tramp ən azı həmin tarixə qədər gözləməyin tərəfdarı olsa da görünür, Netanyahu onu İrana zərbələr eniddrməyin və danışıqlar masasına əli gücləndirilmiş vəziyyətdə oturmağın vacibliyinə inandıra bilib.

Ancaq İsrailin Baş naziri İran nümayəndə heyətini məhv etməklə danışıqlar üçün tərəflərə şans saxlamayıb. İndi İranın cavab zərbələrindən arqument kimi istifadə etməyə çalışan İsrailin Baş naziri ABŞ-ni hərbi əməliyyatlara qoşmağa çalışacaq.

Bu halda məqsəd bir tərəfdən İranın nüvə obyektlərini tamamilə sıradan çıxartmaq və danışıqlara yer saxlamamaqdırsa, digər tərəfdən Netanyahu hökuməti əlini gücləndirərək Xameneyi rejimini tamamilə çökdürməkdir.

İran tərəfinin iyunun 15-də Muskatdakı danışıqlara getməkdən imtina etməsi və İsrailə raket zərbələri endirməsi Netanyahunun müharibə ritorikasını gücləndirir.

Çox güman ki, İsrail rəhbərliyi öncə Trampı birgə hərbi əməliyyatların vacibliyinə inandıırmağa səy göstərəcək.

Bu, mümkün olmasa, o zaman İsrail ABŞ-dən aldığı dərinlikdəki beton qatlarını dağıdan “MX-84” və 11 tonluq “GBU-43/B” (Bütün bombaların anası-MOAB) bombalarından istifadə etməklə İranın nüvə tədqiqat mərkəzlərini, həmçinin ali rəhbər Ayətullah Seyid Əli Xameneyini məhv etməklə rejimi dəyişməyə çalışacaq. 

Müşfiq Abdulla 
 “Cebheinfo.az”