Zakir Həsənovdan generalın ölümü ilə bağlı başsağlığı

Zakir Həsənovdan generalın ölümü ilə bağlı başsağlığı

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibətilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm. Allah rəhmət eləsin!”, - başsağlığında bildirilib.

"Cebheinfo.az"