Admiral Əli Şəmxani sağdır?

Admiral Əli Şəmxani sağdır?

İran İslam İnqilabının Rəhbərinin siyasi müşaviri, admiral Əli Şəmxani ilə bağlı daha bir xəbər yayılıb. 

“Cebheinfo.az” bu barədə “Noor News”-a istinadən xəbər verir.

İran mətbuatı yazır: “Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, bu gün səhər saatlarında iqamətgahında törədilən terror aktından sonra ağır xəsarətlərlə xəstəxanaya çatdırılan admiral Şamxaninin vəziyyəti hələ də stabil vəziyyətə düşməyib”.

“Noor News” qeyd edib ki, admiral Şamxaninin vəziyyəti həkimlərin onun sağ qalacağına olan ümidlərini azaldıb.

Xatırladaq ki, İsrailin hücumu nəticəsində öldürülən yüksək rütbəli İran rəsmilərinin siyahısında  Əli Şamxanini də adı var. 
Syahı belədir:

● Baş Qərargah rəisi Məhəmməd Baqiri
● SEPAH komandiri Hüseyn Salami
● SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə
● İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi
● İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid
● Nüvə fizikası - İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci
● İranın Ali Rəhbəri Seyid Əli Xameneyinin müşaviri Əli Şamxani.

Xəzər
“Cebheinfo.az”