Avropa Ukraynaya 1 milyard avro yardım ayırıb

Avropa İttifaqı Ukraynaya növbəti 1 milyard avro makro-maliyyə yardımı ayırıb.
APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyası prezidenti Ursula von der Leyen “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Ukraynaya verilən ümumi maliyyə dəstəyi demək olar ki, 150 milyard avroya çatıb.
Ursula von der Leyen əlavə edib ki, Avropa İttifaqı Ukraynaya dəstəyini uzun müddət davam etdirəcək.
"Cebheinfo.az"