KİV: İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb

KİV: İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb

İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı dosyelər toplayıb.

“Report” “Israel National News”a istinadən xəbər verir ki, bunu İsrailin təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı həyata keçirdiyi "Rising Lion" əməliyyatı IDF, MOSSAD və İsrailin müdafiə sənayesi arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.

"Cebheinfo.az"