Jirinovski İrana hücumu 6 il əvvəl DEMİŞDİ

Jirinovski İrana hücumu 6 il əvvəl DEMİŞDİ

İsrailin İrana zərbəsi fonunda sosial şəbəkələrdə Rusiya liberal demokratlarının keçmiş rəhbəri, mərhum Vladimir Jirinovskinin iki ölkə arasında münaqişə ilə bağlı dediyi sözlər xatırlanır. 

“Cebheinfo.az” xəbər verir ki, siyasətçi altı il əvvəl iki ölkə arasında hərbi qarşıdurmanın necə başlayacağını dəqiq proqnozlaşdırmışdı. Eyni zamanda, o, ABŞ-nin məsələyə müdaxilə edəcəyini və dəhşətli silahlardan istifadəni demişdi.

Jirinovskinin 2019-cu ildəki çıxışlarından birinin videosu internetdə yayılıb. Videoda siyasətçi Dövlət Dumasının tribunasından danışır, bu zaman İsrail və İran arasında münaqişə mövzusuna toxunub. 

O deyib ki, hər şey Yerusəlimə zərbə ilə başlayacaq və ya İsrail uranın zənginləşdirilməsi üçün nüvə mərkəzləri hesab etdiyi obyektlərə zərbə endirəcək. Jirinovski eyni çıxışı zamanı əlavə edib ki, İran İsrailə mütləq cavab verəcək: 

“Nəticədə yəhudi dövlətində kiçik dağıntılar olacaq. Amma bu, ABŞ-nin müdaxiləsi üçün kifayət edəcək. Böyük qardaş köməyə gələcək. 

Birləşmiş Ştatlar NATO-nu səfərbər edəcək və İranı bombalamağa başlayacaq. O cümlədən, çox dəhşətli yerli silahlardan istifadə etməklə, ərazi tamamilə “təmizlənəcək”. Bir yerli nüvə zərbəsindən istifadə etməklə bütün ölkəni məhv etmək olar”.

Beləliklə, Jirinovskinin “peyğəmbərliyi” gerçəkləşir. Cümə günü, iyunun 13-də İsrail İran ərazisindəki bir sıra hərbi obyektləri atəşə tutub. Onların arasında nüvə obyektləri də olub. Eyni zamanda, Tehran artıq sərt cavab verəcəyini vəd edib. İranın ali dini lideri Əli Xameneyi deyib ki, İsrail “ağır cəza” ilə üzləşəcək. Bu cəzanın nə olacağı hələ dəqiqləşməyib.

Xəzər
“Cebheinfo.az”