Onlar sağdır: İran ölümdən qurtulan generalların siyahısını açıqladı

SEPAH Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə və ordu komandirlərinin İsrailin zərbələri nəticəsində həlak olması ilə bağlı yayılan xəbərlər yalandır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Tasnim” yazıb.
Cümə günü səhər tezdən İsrail İran paytaxtında bir sıra yaşayış binalarına hücum edib. Zərbələr zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general-mayor Hüseyn Səlami, İranın Xatəmül-Ənbiyadakı Mərkəzi Qərargahının komandiri, general-mayor Qulam Əli Rəşid və ən azı altı iranlı alim həlak olub:
“Sonradan bir sıra media orqanları SEPAH-IN komandanının müavini kontr-admiral Əli Fədəvi, SEPAH Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə, İran Ordusunun komandanı general-mayor Əbdülrəhim Musəvi və İran ordusunun 4 komandirinin hücumda həlak olduğunu iddia edən xəbərlər yayıblar.
Bu yalan xəbərlərin dərcindən sonra bu komandirlərin heç bir zərər görmədiyi və İsrailə qarşı cavab hərbi hücumu üzərində çalışdıqları barədə xəbərlər ortaya çıxıb”.
Xəzər
“Cebheinfo.az”