Təbrizdə 3 nəfər həlak oldu - RƏSMİ

İsrailin İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə gecə saatlarında endirdiyi hava zərbəsi nəticəsində azı üç nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayəti administrasiyasının fövqəladə hallar üzrə idarəsinin rəhbəri məlumat verib.
"Təbriz hücumu nəticəsində Şərqi Azərbaycanın 10 yaşayış məntəqəsinə edilən hücumdan sonra üç həmvətənimiz həlak olub", – deyə “Tasnim” agentliyi rəsmidən sitat gətirib.
Səbinə Uğur
"Cebheinfo.az"