AK Parti İsrailin İrana hücumunu PİSLƏDİ

AK Parti İsrailin İrana hücumunu PİSLƏDİ

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik İsrailin İrana hava hücumunu sərt şəkildə pisləyib. 

Bu barədə “Cebheinfo.az” "Haber Global"a istinadən xəbər verir.

Ö.Çelik bu barədə “X” hesabında paylaşım edib.  Türkiyəli rəsmi sözügedən hücumu qınadığını qeyd edib. 

“ABŞ və İran arasında müzakirələr davam edərkən, İsrailin bu hücumu həyata keçirməsi ölkənin bütün diplomatik səylərə düşməncəsinə davrandığını bir daha göstərdi”, - deyə Çelik əlavə edib.

Bunun barbar bir təcavüz olduğunu vurğulayan Çelik "İsrail təcavüzü bütün dünya üçün təhlükədir. Bütün dünya buna qarşı ciddi tədbirlər görməlidir",- deyib.

“Cebheinfo.az”