Trampdan İranla bağlı ŞOK AÇIQLAMA

Trampdan İranla bağlı ŞOK AÇIQLAMA

“Lazım gələrsə, İsraili müdafiə edəcəyik”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp telefonla İsrailin İrana hava zərbələri endirməsindən sonra "Fox News" telekanalının aparıcısı Bret Baierə açıqlama verib.

"İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Görəcəyik. Rəhbərlikdə bir neçə nəfər var ki, onlar geri qayıtmayacaq (ölənləri nəzərdə tutur – İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi, İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid, İranın Ali Rəhbəri Seyid Əli Xameneyinin müşaviri Əli Şamxani )”, - deyə Donald Tramp bildirib.

"İsrailin İrana edilən hücumlara Tehrandan cavab gözlədiyini qeyd edən Tramp, “Lazım gələrsə, İsraili müdafiə edəcəyik” deyib.

"Cebheinfo.az"