150 İran PUA-sı sərhədi keçdi

150 İran PUA-sı sərhədi keçdi

150-dən çox İran pilotsuz təyyarəsi İraq hava məkanından İsrailə doğru uçub.

“Cebheinfo.az” xəbər verir ki, bunu İraqın yüksək səviyyəli təhlükəsizlik mənbəsi cümə günü “Shafaq News”-a bildirib. 

Mənbə pilotsuz təyyarələrin xüsusi olaraq Diyalanın şimal-şərq əraziləri üzərində uçduğunu qeyd edib. O, İraq təhlükəsizlik qüvvələrinin vilayətin müxtəlif yerlərində beş raket qalıqları və dağıntı aşkarladığını bildirib.

İsrail ordusu daha əvvəl bildirmişdi ki, Təl-Əvivin iranlı hərbçilərin və nüvə alimlərinin ölümü ilə nəticələnən misli görünməmiş hərbi əməliyyatına cavab olaraq, İran İsrailə doğru onlarla pilotsuz uçan aparat atıb.

Xəzər
“Cebheinfo.az”