Ölkə vurulub: Pezeşkian haradadır?

Ölkə vurulub: Pezeşkian haradadır?

İsrailin İrana hücumundan sonra rəsmi Tehrandan bir çox bəyanat verilsə də, Prezident Məsud Pezeşkian səssizliyini qoruyur.

“Cebheinfo.az” xəbər verir ki, ölkəsinə yüzlərlə hava zərbəsi endirilən, generalları və alimləri öldürülən ölkənin rəhbəri ortalıqda yoxdur. Onun hazırda harada olduğu da bilinmir. 

Maraqlıdır ki, Pezeşkian bu qədər xaosa rəğmən hansısa formada açıqlama verməyib və ictimaiyyət qarşısına çıxmayıb. İranın ali dini lideri Əli Xameneyi və Prezident ofisi bəyanat yaysa da, Məsud Pezeşkianın yoxluğu diqqət çəkir.

Görünür, səlahiyyətləri məhdud olan İran Prezidentinə İsrailin hücumları ilə bağlı açıqlama vermək icazəsi verilməyib...

Elmir Mustafa
“Cebheinfo.az”