Ermənilər Qarabağda 54 min hektar meşəni məhv edib

Ermənilər Qarabağda 54 min hektar meşəni məhv edib

“Azərbaycan əraziləri işğal dövründə ekoloji terrora məruz qalıb. Təbiət abidələri və meşə sahələrinin bir hissəsi ermənilər tərəfindən məhv edilib”.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun bugünkü iclasında çıxış edən Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, işğaldan sonra aparılan monitorinqlər zamanı müəyyən olunub ki, işğal zamanı 54 min hektar meşə sahəsi məhv edilib:

“İşğaldan sonra 300 hektar ərazidə bərpa işləri aparılıb. Hazırda 240 hektar ərazidə bərpa işləri gedir”.

Qeyd edək ki, ərazilərinin böyük hissəsi minalarla çirkləndirildiyi üçün bərpa işləri sürətlə aparıla bilmir.

"Cebheinfo.az"