Qrossi: “İrandakı vəziyyəti dərindən izləyirik”

Qrossi: “İrandakı vəziyyəti dərindən izləyirik”

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İrandakı vəziyyəti diqqətlə izləyir və radiasiya səviyyəsi ilə bağlı ölkənin səlahiyyətli orqanları ilə əlaqə saxlayır.

"Cebheinfo.az" xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi bildirib.

“Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı vəziyyəti dərindən izləyir. Agentlik Natanzdakı nüvə obyektinin hədəflər arasında olduğunu təsdiqləyə bilər. MAQATE hazırki radiasiya səviyyələri ilə bağlı İran hakimiyyəti ilə və ölkədəki müfəttişləri ilə əlaqə saxlayır”, - o qeyd edib.

Qeyd edək ki, İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması əlaməti yoxdur.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub.

Nigar Hacılı 
"Cebheinfo.az"