Qumda qisas bayrağı qaldırıldı

İranda törədilən terror aktından sonra Qum şəhərindəki məscidin günbəzində “intiqam bayrağı” qaldırılıb.
Bu barədə "Cebheinfo.az" xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, İranın Kirman şəhərində törədilən terror aktından sonra Qum şəhərindəki Cəmkəran məscidinin günbəzində qisas mənasını verən “qırmızı bayraq” qaldırılıb.
Məlumata görə, keçən il də HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra eyni bayraq eyni məsciddə qaldırılmışdı.
Üzərində ərəb əlifbası ilə yazılmış “Hüseynin intiqamı” sözləri olan “qırmızı bayraq” ölkədə “intiqam bayrağı” kimi tanınır.
İsrail İrana hücumlarında Tehran, Kirmanşah, Təbriz, Qum, Luristan və Həmədan əyalətlərini hədəfə alıb.
İran ordusu və İnqilab Keşikçiləri Korpusunun bəzi yüksək rütbəli komandirlərinin iqamətgahları hədəflər arasında olub. Hücumlarda altı nüvə alimi də həlak olub.
Nigar Hacılı
"Cebheinfo.az"