XİN əcnəbi diplomatları Azərbaycanın xarici siyasət prioritetləri haqqında məlumatlandırıb
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə 27 ölkədən olan diplomatları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə onun özü “X” hesabında yazıb.
A. Hacızadə bildirib ki, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) və ADA Universiteti tərəfindən təşkil olunan tədbir diplomatların peşəkarlığının artırılması məqsədi daşıyıb.
"Cebheinfo.az"