“ChatGPT” möcüzəsi: 10 milyard qazandı

“ChatGPT” möcüzəsi: 10 milyard qazandı

Süni intellekt əsaslı söhbət robotu "ChatGPT"yə dünyada sürətlə artan maraq "OpenAİ" şirkətinə rekord həddə gəlir qazandırıb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, şirkət "ChatGPT" abunəliklərindən əldə olunan gəlirlərin demək olar ki, iki dəfə artaraq 10 milyard ABŞ dollarına çatdığını açıqlayıb.

2024-cü ilin sonunda 5,5 milyard dollar olan gəlir 2025-ci ilin ilk yarısında bu səviyyəyə yüksəlib.

2022-ci ilin noyabrında istifadəyə verilən "ChatGPT" qısa müddətdə həm fərdi, həm də korporativ istifadəçilər üçün gündəlik həyatın və iş proseslərinin ayrılmaz hissəsinə çevrilib. Şirkətin məlumatına görə, 2025-ci ilin mart ayı etibarilə həftəlik aktiv istifadəçi sayı 500 milyona çataraq əlamətdar göstəriciyə imza atıb.

Fərqli abunəlik modelləri ilə gəlir siyasətini şaxələndirən "OpenAİ" bu sürətli yüksəlişi ilə qlobal süni intellekt sektorunda yalnız texnoloji deyil, iqtisadi baxımdan da lider mövqeyinə yüksəlib.

"Cebheinfo.az"