“Lazımı qədər davam edəcəyik” - Netanyahudan ilk açıqlama

“İrana zərbələr endirməkdə məqsəd İsrailə qarşı təhlükəni aradan qaldırmaqdır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Baş nazir vurğulayıb ki, əməliyyat nə qədər lazım olsa, o qədər davam edəcək:
“Cəsur pilotlarımız İran boyu çox sayda hədəfə hücum edir. Lazım olduğu qədər davam edəcəyik”.
İRNA partlayış səslərinin xüsusilə Tehranın şərqindən, qərbindən və mərkəzindən gəldiyini açıqlayıb.
Ağ Ev isə ABŞ-nin əməliyyata daxil olmayacağını açıqlayıb.
"Cebheinfo.az"