İsrail İrana genişmiqyaslı zərbələr endirdi: SEPAH-ın əsas adamları öldürüldü

İsrail İrana genişmiqyaslı zərbələr endirdi: SEPAH-ın əsas adamları öldürüldü

Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə genişmiqyaslı hava zərbələri endirib.

"Cebheinfo.az" xəbər verir ki, hücumun  hədəfləri arasında hərbi strukturlar, strateji obyektlər və Natanz nüvə kompleksi olub.

İsrailin müdafiə naziri İsrael Katz əməliyyatı “preventiv zərbə” adlandırıb. O, İranın mümkün cavab hücumuna qarşı ölkə əhalisinə də xəbərdarlıq edib. Mərkəz bölgələrə hava hücumu siqnalları ilə xəbərdarlıq edilib, əhali təlimatlandırılıb. Həmin bölgələrdə eyni zamanda fövqəladı vəziyyət elan edilib.

Hücum nəticəsində SEPAH-ın Baş komandanı, general-mayor Hüseyn Səlami həlak olub. Bu xəbəri İranın “Mehr” agentliyi yayıb və daha sonra dövlət televiziyası tərəfindən təsdiqlənib.

Bundan başqa Baş Qərargah rəisi Məhəmməd Baqiri, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə və digər yüksək rütbəli şəxslər öldürülüb.

"Cebheinfo.az"