Bu xəstəliyə yaşadığın coğrafiya da təsir edir – ARAŞDIRMA

ABŞ-də aparılan bir araşdırmada yaşanılan coğrafi bölgənin demans (ağıl zəifliyi) riskinə təsir etdiyi müəyyən edilib.
“Cebheinfo.az” xəbər verir ki, tədqiqat ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən həyata keçirilib.
Ölkənin 10 coğrafi bölgəyə ayrılması əsasında həyata keçirilən tədqiqatda yaş, irq, ürək sağlamlığı, kənd və şəhər yaşayış fərqləri kimi faktorlar nəzərə alınıb.
Araşdırmanın nəticələrinə görə, demans riskində yalnız fərdi və tibbi amillər deyil, həm də yaşanılan bölgənin təsiri mühüm rol oynayır.
Əfsanə Rəcəb
“Cebheinfo.az”