"Napoli" Kevin De Bruyneni heyətində qatdığını elan edib

"Napoli" Kevin De Bruyneni heyətində qatdığını elan edib

Belçikalı futbolçu Kevin De Bruyne İtaliyanın "Napoli" komandası ilə anlaşıb.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin İngiltərənin "Mançester Siti" klubu ilə sözləşməsinin müddəti başa çatıb. O, "şəhərlilər"in heyətində 422 oyun keçirib, 108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"