Hindistanda təyyarə qəzasının baş verib

Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə təxminən 50 nəfər xəsarət alıb.
Bu barədə Qucarat ştatının Səhiyyə və Sosial Təminat Departamentinin rəis müavini Dhanancay Dvivedi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təyyarə tibb kollecinin yataqxanası, ştat xəstəxanasının işçi heyətinin binası və digər binaların yerləşdiyi yaşayış rayonuna düşüb.
"Bu rayonun sakinləri xəsarət alıblar. Təxminən 50 yaralı Əhmədabad xəstəxanalarına çatdırılıb", - rəis müavini qeyd edib.
D.Dvivedinin sözlərinə görə, bəzi yaralıların vəziyyəti stabil ağırdır.
"Cebheinfo.az"