Mal əti tapılmayacaq: YOXA ÇIXIR

2025-ci ilin sonuna qədər qlobal mal əti istehsalında mənfi dinamikanın davam edəcəyi və il üçün ümumi azalmanın 2% olacağı gözlənilir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “RaboResearch” tərəfindən hazırlanan yeni “Qlobal Beef Quarterly Q2 – 2025” hesabatında deyilir.
“FeedStrategy”-nin məlumatına görə, ən böyük azalma Braziliya (5 faiz) və Yeni Zelandiyada (4 faiz) baş verəcək. Avropa, ABŞ və Çində də azalma gözlənilir. Avstraliya artımın qeydə alınacağı azsaylı ölkələrdən biri olacaq.
Eyni zamanda, mal ətinə qlobal tələbat, eləcə də bu növ ətin ticarət həcmi sabit qalacaq. “Aqroeksport” xəbər verir ki, ABŞ və Çin arasında rüsumların artırılması avqustun əvvəlinə qədər təxirə salınsa da, dünya üzrə mal əti ticarəti həcmlərinin müəyyən qədər yenidən bölüşdürülməsi müşahidə olunur.
Çinli alıcıların Avstraliya, Yeni Zelandiya və Cənubi Amerika tədarükçülərinə getdikcə daha çox baxdıqları barədə məlumatlar var.
Qeyd edək ki, Azərbaycanda mal ətinin kilosu 15 manatdan başlayır.
Xəzər
“Cebheinfo.az”