17 il gizli ailə həyatı yaşamış Aşıq Namiqdən etiraf: “52 yaşlı qadınla...” - VİDEO

Aşıq Namiq Fərhadoğlu şəxsi həyatı ilə bağlı maraqlı etirafı ilə gündəmə gəlib.
O, bir müddət əvvəl ailə qurmaq məqsədilə 52 yaşlı bir xanımla görüşdüyünü, lakin görüşdən sonra münasibəti davam etdirmədiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan sənətçi canlı yayımda bildirib ki, tanışlarının vasitəsilə bir xanımın fotosunu görüb bəyənsə də, real görüş zamanı görünüşün fotodakından fərqli olduğunu anlayıb və xanımın yaşı ilə tanış olduqdan sonra münasibətdən vaz keçib:
“Hər efirə gələn müğənni deyir ki, Namiq, evlən, toyuna gələk. Bilmirlər ki, bir dəfə ailəli olmuşam. Mən bunu 17 il gizlətdim. Bir dəfə bir xanımın fotoşopla şəkilini atdılar mənə. Çox xoşuma gəldi. Orqanda çalışırdı, polkovnik idi. Soruşdum qızın neçə yaşı var? Demədilər. Həmin vaxt mənim 35 yaşım var idi. Sonra dedilər ki, xanımın 52 yaşı var. Nəysə, bu xanımla biz bir dəfə görüşdük. Görünüşcə bəyənmədim. Effektlə şəkilini elə düzəltmişdi ki... Yaşı mənə uyğun deyildi. 52 yaşında bir xanımın ana olmağı da çətindi. Gərək reallığı danışasan”.
"Cebheinfo.az"