Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi Milli Məclisə göndərildi

Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi Milli Məclisə göndərildi

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Milli Məclisinə göndərilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, muxtar respublikada məsələ ilə bağlı müzakirələr yekunlaşıb.

Qanun layihəsi Naxçıvan Ali Məclisinin iclaslarında müzakirəyə çıxarılıb, səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra Ali Məclis sədrinin birinci müavini (sədrin səlahiyyətlərini icra edir - red.) Bəxtiyar Məmmədov layihəni imzalayıb və Azərbaycan parlamentinə təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundən Teleqraf-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi bu il fevralın 20-də Ali Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.

Ali Məclisin mayın 21-dəki toplantısında isə layihə ikinci oxunuşda səsvermədən keçib.

"Cebheinfo.az"