Azərbaycan güləşçiləri U-17 Avropa çempionatında çıxışını başa vurub

Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-17 Avropa çempionatında çıxışını başa vurub.
"Cebheinfo.az" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə mübarizə baş tutub.
Nəzrin Əhmədli (46 kq) ilk mərhələdə yunanıstanlı Mariya Qkikanı çətinliklə də olsa, mübarizədən kənarlaşdırıb – 10:9. Ancaq həmyerlimiz 1/4 finalda rusiyalı İrina Tsıdeyeva ilə bacarmayıb – 0:10.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində polşalı Culiya Qibalskaya 2:6 hesabıyla məğlub olub.
Esra Məmmədli (61 kq) rumuniyalı Oana Dumitruya 8:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda belaruslu Varvara Aliseyenka ilə gərgin mübarizədən məyus ayrılıb – 3:4.
Fidan Babayeva (65 kq) ilk təsəlliverici görüşdə italiyalı Culiya Karrini 4:0 hesabıyla üstələsə də, belaruslu Anastasiya Komanavaya 0:3 hesabıyla uduzub.
Milana Bağırzadə (69 kq) isə 1/8 finalda gürcüstanlı Anna Qodelaşviliyə minimal fərqlə (2:3) məğlub olub.
"Cebheinfo.az"