Lənkəranda Cənub Regional Boks Mərkəzi açılıb - FOTO

Lənkəranda Cənub Regional Boks Mərkəzi açılıb - FOTO

Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi olub.

"Cebheinfo.az" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilərin iştirakı ilə baş tutan tədbirdə qonaqlar Mərkəzlə tanış olub, yeniyetmə boksçuların məşqlərini və döyüşlərini izləyiblər. Fərid Qayıbovla Vüsal Nəsirli müvafiq tövsiyə və tapşırıqlarını veriblər.

Mərkəz ABF tərəfindən müasir tələblərə cavab verən lazımi avadanlıqlarla təchiz olunub. Yeni boks ocağının ümumi sahəsi 2,5 hektardan çoxdur və inzibati bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə məşq zalı və iki rinq idmançıların ixtiyarına verilib. Mərkəzdə məşqçilərin toplantı otağı, 2 paltardəyişmə otağı, trenajorlar və minifutbol meydançası var.

Qeyd edək ki, ABF-in əsas fəaliyyət istiqamətlərindən biri regionlarda boksa olan marağı daha da artırmaq, kütləviliyi təmin etmək və maddi-texniki bazanı gücləndirməkdir. Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.

"Cebheinfo.az"