İşlədiyi uşaq bağçasında meyiti tapıldı

Bakıda mühafizəçi iş yerində dünyasını dəyişib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu G.Mehmandarov küçəsi 241-də yerləşən uşaq bağçasında baş verib.
Bağçada mühafizəçi işləyən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Rəhim Ağacavad oğlu Aşumovun meyiti dünən səhər saat 06 radələrində aşkar edilib.
Onun infarktdan dünyasını dəyişdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"