Kılıçdaroğlu İmamoğlunu ziyarət etdi

Kılıçdaroğlu İmamoğlunu ziyarət etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu həbsdə olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, Kılıçdaroğlu Silivridə İmamoğlunu ziyarət edib.

Görüş tələbinin İmamoğludan gəldiyi bildirilir. Belə ki, ona yaxın şəxslərin bu tələbi iki dəfə Kılıçdaroğluna çatdırdığı deyilir.

Siyasətçi bu təklifi qəbul edərək bu gün səhər saatlarında həbsxanada olan İmamoğlu ilə görüşüb.Lakin tərəflərin görüşdə nələri müzakirə etdiyi açıqlanmayıb.

Elmir Mustafa
“Cebheinfo.az