Astarada keçirilən əməliyyatda 23 kq narkotik aşkar olunub
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub.
"Cebheinfo.az" xəbər verir ki, ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"