Toyda dava: Müğənni və qardaşı saxlanıldı

Ağdaşda toyda musiqiçilərlə qonaq arasında dava-dalaş olub.
"Cebheinfo.az" qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında rayonun Yuxarı Qəsil kəndində yerləşən “Ağ Saray” şadlıq sarayında qeydə alınıb.
Toydakı dava zamanı xəsarət alan 1961-ci il təvəllüdlü Namis Hüseynov xəstəxanaya yerləşdirilib. Onun xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilib.
N.Hüseynov toyda mahnı sifarişi üstündə 1989-cu il təvəllüdlü müğənni Orxan Hüseynov və onun rəhbərlik etdiyi “Bəyoğlan” ansamblında yer alan 1987-ci təvəllüdlü qardaşı Tural döyüb.
DİN Mətbuat xidmətinin Şəki regional qrupu bildirib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
"Cebheinfo.az"